Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Milli Məclis Prezident və xanımını təbrik etdi
siyasət

Milli Məclis Prezident və xanımını təbrik etdi

30-12-2025 12:00 11 Views
IMG

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

 

"Tvit.az" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlametin payız sessiyasının bu gün keçirilən sonuncu iclasında bildirib.

 

Spiker təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.

 

Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.