Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər xəsarət alıb.
Tvit.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlardan üç nəfər bir ailənin üzvüdür.
Qeyd olunub ki, Yeni Suvagil kənd sakini, 1984-cü il təvəllüdlü Şəhmir Tevruzovun idarə etdiyi VAZ-2110 markalı və Aşağı Tala kənd sakini, 1957-ci il təvəllüdlü Əli Qurbanovun idarə etdiyi "Opel Astra" markalı minik avtomobilləri toqquşub.
"Opel Astra"nın sürücüsü Ə.Qurbanov, VAZ-ın sürücüsü Ş.Tevruzov, "Opel Astrada" olan sərnişinlər - 1984-cü il təvəllüdlü Cəmil Əliyev, 1984-cü il təvəllüdlü İlkin Pirimov, 1991-ci il təvəllüdlü Gülüstan Əliyeva, 1991-ci il təvəllüdlü Leyla Pirimova və İ.Pirimovun övladı, 2021-ci il təvəllüdlü Murad Pirimov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.