Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Şuşada yolu buz bağladı - Maşında köməksiz qalanlar belə xilas edildi (VİDEO)
turizm

Şuşada yolu buz bağladı - Maşında köməksiz qalanlar belə xilas edildi (VİDEO)

29-12-2025 10:00 20 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Tvit.az" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış “HYUNDAİ” markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib.