Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Müğənni qardaşını öldürən şəxs hakim qarşısına çıxarılıb
turizm

Müğənni qardaşını öldürən şəxs hakim qarşısına çıxarılıb

25-12-2025 18:00 31 Views
IMG

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

Tvit.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında müttəhimin anket məlumatları dəqiqləşdirilib.

 

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Növbəti iclas fevralın 5-nə təyin olunub.

 

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib. Hadisə zamanı Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

 

Faktla bağlı cinayət işi başlanılıb, X.Quliyev Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.


Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

 

Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış.

 

Onu da qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Baş Prokurorluqda aparılıb.