Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Liverpul" serbiyalı hücumçu ilə maraqlanır
sport

"Liverpul" serbiyalı hücumçu ilə maraqlanır

24-12-2025 23:00 37 Views
IMG

İngiltərənin "Liverpul" klubu Serbiya millisinin futbolçusu Duşan Vlahoviçlə maraqlanır.

 

Tvit.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

 

Mersisaydlılar İtaliya təmsilçisi "Yuventus"da çıxış edən 25 yaşlı hücumçunu hazırda zədəli olan Aleksandr İsakın əvəzləyicisi kimi heyətinə qatmağı planlaşdırır.

 

Vlahoviçin "qoca sinyora" ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

 

Qeyd edək ki, futbolçu 2025/2026 mövsümündə "Yuventus"un heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 8 qol vurub.