Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanıldı
turizm

Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanıldı

18-12-2025 19:00 45 Views
IMG

Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda həyat yoldaşını öldürməyə cəhd edən şəxs saxlanılıb, cinayət işi başlanılıb.

 

Tvit.az xəbər verir ki, Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə dekabrın 17-də rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Zakir Abbasovun həyat yoldaşı Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

 

Z.Abbasov şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam edir.