Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Pakistan Azərbaycanın süni intellektə əsaslanan təcrübəsindən yararlanmaq istəyir
OTHER

Pakistan Azərbaycanın süni intellektə əsaslanan təcrübəsindən yararlanmaq istəyir

16-12-2025 16:00 44 Views
IMG

Azərbaycan texnologiyalara və süni intellektə əsaslanan xidmət mərkəzlərinin inkişafında əhəmiyyətli uğurlar əldə edib.

Bunu "Report"a müsahibəsində Pakistanın maliyyə və gəlirlər naziri Məhəmməd Auranqzeb deyib.

"Biz Azərbaycandan çox şey öyrənə və bu uğurlu təcrübəni Pakistanda tətbiq edə bilərik. Pakistanın özü ödəniş axınları, ödəniş infrastrukturu, dövlətlərarası hesablaşmalar və "dövlət-vətəndaş" (G2P) modeli üzrə ödənişlərlə bağlı "rəqəmsal Pakistan"ın formalaşdırılmasına doğru irəliləyir və bu kontekstdə Azərbaycandan öyrənəcəyimiz çox şey var. Bütövlükdə, bu, çox geniş bir sahədir", - deyə o qeyd edib.

M.Auranqzeb azərbaycanlı və digər investorların Web 3.0 texnologiyaları və süni intellekt də daxil olmaqla, Pakistanın rəqəmsal infrastrukturunun inkişafında fəal şəkildə iştirak edəcəyinə ümidvar olduğunu ifadə edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.