Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Tvit.az xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb.
VAZ-21015 markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində sərnişin - 2011-ci il təvəllüdlü yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.