Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla bərabərə qalıb
sport

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla bərabərə qalıb

09-09-2025 21:00 39 Views
IMG

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla qarşılaşıb.

 

Tvit.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Yığmamızın heyətində qolu 41-ci dəqiqədə Emin Rüsəmov vurub.

 

U-21-i meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxarıb.

 

Qeyd edək ki, U-21 seçmə mərhələdəki ilk görüşdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub.