Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
turizm

Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

05-09-2025 21:00 29 Views
IMG

Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Tvit.az-ın xəbərinə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı - 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

 

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.