Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM
siyasət

Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM

05-09-2025 13:00 44 Views
IMG

Prezident İlham Əliyev “Göygöl rayonunun Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Tvit.az" xəbər verir ki, Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.