Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Tovuzda yanğına səbəb olan şəxs saxlanılıb
turizm

Tovuzda yanğına səbəb olan şəxs saxlanılıb

05-09-2025 12:00 39 Views
IMG

Sentyabrın 4-də Tovuz rayon Qəribli kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Tvit.az"a bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü Mahir Əliyevin həmin ərazidə ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Nəticədə 30 sot ərazidə biçilmiş əkin sahəsi yanıb.

M. Əliyev saxlanılaraq barəsində inzibati qanunvericiliyə uyğun məsuliyyət tədbiri görülüb.