"Turan Tovuz" klubunun futbolçusu Emmanuel Hakman DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün Toqo millisinə dəvət alıb.
Tvit.az Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi növbəti 2 matçda yığmanın sərəncamında olacaq.
Qeyd edək ki, Toqo millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Mavritaniya, sentyabrın 9-də isə Sudanla qarşılaşacaq.