Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Baş Muğan kanalında kişi meyiti tapıldı
turizm

Baş Muğan kanalında kişi meyiti tapıldı

22-08-2025 20:00 35 Views
IMG

Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

 

Tvit.az xəbər verir ki, bir neçə gün əvvəl kanalda boğulduğu ehtimal edilən Nurəddin Məmmədovun axtarışı üçün Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində bu gün saat 17 radələrində Baş Muğan kanalının İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində adıçəkilən şəxsin meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.