Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Kür çayı sahilində qəfil güclü yanğın başladı
turizm

Kür çayı sahilində qəfil güclü yanğın başladı

21-08-2025 21:00 28 Views
IMG

Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində, Kür çayının sahilində yanğın hadisəsi qeydə alınıb.

 

Tvit.az xəbər verir ki, hadisə vətəndaşlara məxsus açıq sahədə anidən başlayıb.

 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın nəticəsində təxminən 300 hektara yaxın quru otlaq və kol-kos sahəsi yanıb. FHN əməkdaşlarının operativ müdaxiləsi sayəsində ərazidə yerləşən vətəndaşlara məxsus fermalar alovdan qorunub.

 

Hadisə ilə bağlı araşdırma aparılır.