Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Mağazadan pul oğurlayan şəxs tutuldu
turizm

Mağazadan pul oğurlayan şəxs tutuldu

19-08-2025 14:00 27 Views
IMG

Nəsimi rayonunda talama cinayəti qeydə alınıb. Paytaxt sakininə məxsus mağazadan 700 manat pul oğurlanıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ə.Bədəlov tutulub.

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə vətəndaşın bank kartından 1498 manat pul oğurlamaqda şübhəli bilinən 22 yaşlı Z.Teymurxanov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.