Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Rusiyada azərbaycanlı iş adamı həbs OLUNDU
turizm

Rusiyada azərbaycanlı iş adamı həbs OLUNDU

18-08-2025 21:00 21 Views
IMG

Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov həbs edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, o, bu ilin mart ayında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl rüşvət verməkdə təqsirli bilinir.

Qeyd edilib ki, Yusif Xəlilov rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs cəzası və deportasiya gözləyir.