Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət 44 günlük müharibədə Nəcməddin Sadıkov Türkiyədə dindirilib
siyasət

44 günlük müharibədə Nəcməddin Sadıkov Türkiyədə dindirilib

13-08-2025 15:00 29 Baxış
IMG

44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkovun ordudan kənarlaşdırıldığı barədə xeyli məlumatlar dolaşırdı. İndi məlum olur ki, həmin vaxt Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən “zərərsizləşdirilib” və dindirilib.

"Tvit.az" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadla nüfuzlu “Middle East Eye” qəzetinin müxbiri Raqip Soylu məlumat paylaşıb.

Məlumata görə, 44 günlük müharibə zamanı Azərbaycan ordusunun sıralarında rusiyapərəst ünsürlərin aşkarlanmasında Türkiyə rəsmiləri də iştirak edib: "Bu "ünsürlərdən" biri də Rusiyaya simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Vəziyyətlə tanış olan mənbə MEE-yə bildirib ki, Türkiyə hakimiyyəti müharibə zamanı onun deportasiyasını təşkil edib, dindirilmək üçün Türkiyəyə gətirib və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib".

Qeyd edək ki, N.Sadıkov 2021-ci ildə Azərbaycan ordusunun Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Dəfələrlə müxtəlif məhkəmə proseslərində adı hallanıb.