Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Siyəzəndə ölən 1 aylıq körpənin nənəsi DANIŞDI - VİDEO
hadisə

Siyəzəndə ölən 1 aylıq körpənin nənəsi DANIŞDI - VİDEO

13-08-2025 11:00 17 Baxış
IMG

Xəbər verdiyimiz kimi, bir aylıq körpə ölüb. 

"Tvit.az" Xəzər Tv-yə istinadən xəbər verir ki, hadisə Siyəzəndə baş verib. Yaxınlarının sözlərinə görə, 1 aylıq Əlinin hərarəti yüksəlib və onu Siyəzən xəstəxanasına aparıblar. Ailənin iddiasına görə, xəstəxanada uşaq həkiminin olmadığını əsas gətirərək onları həkim Mənsurə Ağayevanın evinə yönləndiriblər. Həmin gün həkim uşağı qəbul edib və ona yardım olunub.

Səhəri gün yenidən valideyinləri onu Mənsurə Ağayevanın evinə aparıblar. Nənənin idasına görə, həmin vaxt uşağa iynə vurulub və bundan sonra uşaq ölüb. O, körpənin ölümündə həkimi təqsirkar hesab edir.

Nənəsinin iddialarına görə, uşaq öləndən sonra həkimdən uşağa vurduğu iynələrin adlarını öyrənmək istəyiblər. Lakin həkim heç bir məlumat verməyib və onları evindən qovub.

Səslənən iddialarla bağlı uşağın ölümündə təqsirli hesab olunan həkim Mənsurə Ağayeva da danışıb.