Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Qarabağ"ın rəqibi Bakıya darmadağınla gəlir
idman

“Qarabağ"ın rəqibi Bakıya darmadağınla gəlir

08-08-2025 21:00 26 Baxış
IMG

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya Liqasında ilk turun qarşılaşmasını keçirib.

 

Tvit.az xəbər verir ki, öz meydanında "Şkupi" ilə qarşılaşan “Şkendiya” 5-1 hesabı ilə qalib gəlib.

 

“Şkupi” görüşün böyük hissəsini azlıqda keçirib.

 

Qeyd edək ki, "Qarabağ" "Şkendiya" ilə ilk matçında 1:0 hesablı səfər qələbəsi qazanıb. Cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.