Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Gəncə stadionunda ikinci ölüm - Prokurorluq işə başladı
hadisə

Gəncə stadionunda ikinci ölüm - Prokurorluq işə başladı

07-08-2025 20:00 15 Baxış
IMG

Tikinti aparılan Gəncə mərkəzi stadionunda növbəti ölüm faktı qeydə alınıb.

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, stadionda çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.

 

İlkin məlumata görə, S.Əliyevin səhhəti anidən pisləşib və o dünyasını dəyişib.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

 

Qeyd edək ki, iyun ayının 28-də Gəncə şəhər stadionunun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov iş başında qəflətən vəfat etmişdi.