Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanılıb
hadisə

Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanılıb

04-08-2025 20:00 23 Baxış
IMG

Bakının Nizami və Suraxanı rayonlarında yerləşən iki köşkdən oğurluqlar edilib və zərərçəkənlərə 4 min manata yaxın ziyan vurulub.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı M.İmamverdili və əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Ə.Əliyev saxlanılıb.

 

Aparılan araşdırmalarla Ə.Əliyevin bir nəfərə məxsus bank kartından 465 manat pul oğurladığı da müəyyən edilib.

 

Araşdırma aparılır.