Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat İstilik tariflərinin artırılması əhalinin istilik xərclərini artıracaq - İqtisadçı
iqtisadiyyat

İstilik tariflərinin artırılması əhalinin istilik xərclərini artıracaq - İqtisadçı

30-07-2025 18:00 165 Baxış
IMG

Əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb. Bu, təbii ki, əhalinin istilik xərclərini artıracaq.

Tvit.az xəbər verir ki, bu barədə Tarif (Qiymət) Şurasının “Azəristiliktəchizat” ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə” 29 dekabr 2024-cü il tarixli qərarındakı dəyişikliyi şərh edərkən iqtisadçı Xalid Kərimli deyib.

Ekspertin sözlərinə görə, bu ilin noyabrın 15-dən etibarən qış sezonuna keçərkən mərkəzləşmiş istilik xidmətinin müştəriləri olan şəxslər yeni tariflə ödəniş edəcək.
"Hansı şəxslər ki, mərkəzləşmiş istilik sistemindən istifadə edir, bu tarif onlara şamil olunacaq. Əhalinin kombi sistemi ilə istiliyi təmin edən hissəsi bu dəyişikliklərdən təsirlənməyəcək".

Xalid Kərimli həmçinin, əlavə edib ki, istilik tariflərinin dəyişməsinin keyfiyyətə və xidmətin mahiyyətinə xüsusi təsiri olmayacaq. 

Aysel Şirinova