Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Arif Babayevin son durumu
hadisə

Arif Babayevin son durumu

29-07-2025 11:00 43 Baxış
IMG

"Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır və müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".

Bu barədə "Tvit.az"a Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev məlumat verib.

Bildirib ki, xəstənin öz tənəffüsü mövcüd olsa da, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeyd olunmur:

"Eyni zamanda böyrək funksiyaları başda olamaqla, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzarə alınaraq xəstənin hər tərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".