Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Füzulidə yanğın: helikopter cəlb olundu
hadisə

Füzulidə yanğın: helikopter cəlb olundu

23-07-2025 18:00 31 Baxış
IMG

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.

 

Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

 

Digər məlumata görə, Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonunun Hadrut qəsəbəsində yanğın müşahidə edilir.

 

Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-in Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarındakı yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.