Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ariz Ağayarovun ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
hadisə

Ariz Ağayarovun ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

22-07-2025 15:00 39 Baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi yaxınlığında 1 nəfərin torpaq uçqunu altında qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Tvit.az" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

*** 13:00

Sumqayıtda bədbəxt hadisə baş verib.

"Tvit.az"  xəbər verir ki, tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.