Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda ata həbsdəki oğluna narkotik apardı
hadisə

Bakıda ata həbsdəki oğluna narkotik apardı

18-07-2025 18:00 34 Baxış
IMG

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Tvit.az-a xidmətdən məlumat verilib.

 

Bildirilib ki, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.