İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK), polis və hərbi kəşfiyyat orqanları İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan İsrail ordusunun hərbçisini həbs ediblər.
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Hərbçi maddi mükafat qarşılığında İran İslam Respublikasının rəsmi şəxslərinə dövlət təhlükəsizliyi ilə əlaqəli olmayan məlumatlar ötürüb.
İttiham aktına əsasən, o, İran tərəfinə ələ keçirilmiş məlumatların videoyazılarını və İsrail ərazisinə raket düşmələrinin fotolarını təqdim edib.
Xatırladaq ki, bu gün daha bir İran xeyrinə casusluq hadisəsi barədə məlumat yayılıb: Negev bölgəsindən olan 33 yaşlı müəllim İran kəşfiyyatının kuratorlarından müxtəlif tapşırıqlar alaraq onları yerinə yetirib.
Aysel Şirinova