Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman UEFA Monteneqro klubunu avrokuboklardan uzun müddətə uzaqlaşdırdı
idman

UEFA Monteneqro klubunu avrokuboklardan uzun müddətə uzaqlaşdırdı

16-07-2025 22:00 28 Baxış
IMG

Monteneqronun "Arsenal" futbol klubu danışılmış oyunların təşkilinə görə, Avropa kubokları yarışlarında iştirakdan 10 il müddətinə uzaqlaşdırılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə UEFA-nın Mətbuat Xidməti məlumat yayıb.

 

Bildrilir ki, pozuntular UEFA Konfrans Liqasının 2023/24 mövsümü çərçivəsində Ermənistanın "Alaşkert" komandasına qarşı təsnifat matçlarında qeydə alınıb.

 

Tərəflər arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb. Cavab oyununda "Alaşkert" 6:1 hesabı ilə qalib gəlib.

 

Diskvalifikasiya 2034/35 mövsümünün sonunadək davam dəcək. Klub 500 min avro məbləğində cərimə də ödəməli olacaq.