Çimərlik güləşi üzrə Azərbaycan çempionatına start verilib.
Tvit.az xəbər verir ki, Çimərlik Arenasında təşkil edilən yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr çıxış edib.
Ümumilikdə 4 çəki üzrə 71 güləşçi mübarizə aparıb.
Nəticələrə əsasən Əlirza Heybətli (60 kq), Rəşad Əliyev (70 kq), Elvin Hacıquliyev (80 kq) və Möhlət Qasımov (90 kq) birinci yeri tutublar.
Fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim edilib. Medalçılar çimərlik güləşi üzrə milli komandaya cəlb ediləcək və gələn il Seneqalın Dakar şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının hazırlıq proseslərində iştirak edəcəklər.