Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Cəlilabadda evdə yanğın olub
hadisə

Cəlilabadda evdə yanğın olub

11-07-2025 22:00 26 Baxış
IMG

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində Cəbrail Həşimova məxsus evdə qeydə alınıb.

 

Belə ki, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfildən alışıb.

 

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın nəticəsində evin 88 kvadratmetr sahəsi və əşyaları yanıb. Xəsarət alan olmayıb.

 

Yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verməsi ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.