Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Füzulidə ANAMA əməkdaşının avtomobili kanala düşdü
hadisə

Füzulidə ANAMA əməkdaşının avtomobili kanala düşdü

10-07-2025 23:00 29 Baxış
IMG

Füzulidə idarəetməni itirən ANAMA əməkdaşı avtomobildə olan nişanlısı ilə birlikdə kanala düşüb.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü Balaşov Famil Adil oğlu idarə etdiyi VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala yuvarlanıb.

 

Qəza nəticəsində sürücü F.Balaşov və avtomobildə olan onun nişanlısı 2004-cü il təvəllüdlü Aysel Əhəd qızı Səfərova müxtəlif dərəcəli xəsarət alıb.

 

Hadisə yerinə FHN-nin Füzuli rayon yanğınsöndürən bölməsinin xilasediciləri cəlb edilib.

 

Avtomobildə xəsarət alanlar xilasedicilər və hadisə yerinə gələn yoldan keçən sakinlər köməyi ilə sudan çıxarılıb.

 

Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

 

F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.