Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə 25 minlik oğurluq edənlər saxlanıldı
hadisə

25 minlik oğurluq edənlər saxlanıldı

09-07-2025 16:00 31 Baxış
IMG

Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 9799 manat pul, 4580 manat dəyərində noutbuk və müşahidə kamerası oğurlanıb.

"Tvit.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı M.Rəhimov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt şəhəri ərazisində də oğurluq hadisəsi qeydə alınıb. Bir evdən 4000 manat pul və 6780 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı C.Cabbarov və 34 yaşlı A.Qasımova saxlanılıblar.

Araşdırma aparılır.