Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Pakistan XİN ECO-nun Xankəndi sammitində xoş münasibətə görə Azərbaycana təşəkkür edib
siyasət

Pakistan XİN ECO-nun Xankəndi sammitində xoş münasibətə görə Azərbaycana təşəkkür edib

08-07-2025 20:00 39 Baxış
IMG

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndində ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.

 

Tvit.az-ın xəbərinə görə, o, bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.

 

Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımına görə, söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnun olduqlarını bildirib, yüksək səviyyəli təmasların intensivləşməsini qeyd ediblər və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışını davam etdirməyə razılaşıblar.