İtaliyanın Kaorle şəhərində güləş üzrə U20 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Tvit.az-a verilən məlumata görə, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Ruzanna Məmmədova (62 kq) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.
Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.
Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olmuşdu.