Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan və Nigeriya arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olundu
siyasət

Azərbaycan və Nigeriya arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olundu

03-07-2025 21:00 176 Baxış
IMG

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:

 

"Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşdük. İkitərəfli iqtisadi əlaqələr, ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə nazir qeyd edib.