Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Tomas Müllerin karyerasını davam etdirəcəyi klub bəlli oldu
idman

Tomas Müllerin karyerasını davam etdirəcəyi klub bəlli oldu

01-07-2025 16:00 36 Baxış
IMG

"Bavariya"dan ayrılmağa hazırlaşan Tomas Müller karyerasını İtaliyada davam etdirə bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə İspaniyanın "Fichajes" nəşri məlumat yayıb.

 

Belə ki, 35 yaşlı futbolçu ilə "Napoli" klubu yaxından maraqlanır.

 

Məlumata görə, Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte Çempionlar Liqası üçün iddialı heyət formalaşdırmaq niyyətindədir. Təcrübəli mütəxəssis Tomas Mülleri komandasında görmək istəyir.

 

Qeyd edək ki, Almaniya millisinin üzvü Tomas Müller 2000-ci ildən "Bavariya"nın heyətində çıxış edir. O, əsas komandada keçirdiyi 755 rəsmi oyunda 250 qol vurub və 276 məhsuldar ötürmə ilə yadda qalıb.