İraqın hava məkanında uçuş qadağası daha bir gün uzadılıb.
Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, iyunun 13-nə keçən gecədən İraqın hava məkanında mülki aviasiya uçuşlarına tətbiq edilən qadağa daha bir gün uzadılıb.
"Hava məkanı bazar günü, iyunun 22-si UTC ən geci 19:00-a (Moskva vaxtı ilə 22:00) qədər bağlı qalacaq", - agentliyin mənbəsi bildirib.
Qeyd edilib ki, bölgədə vəziyyətin gərginləşməsi səbəbindən uçuşların dayandırıldığı hava məkanı on gün ərzində bağlı qalacaq.
Aysel Şirinova