Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Niderland millisinin sabiq futbolçusu həbs edilib
idman

Niderland millisinin sabiq futbolçusu həbs edilib

12-06-2025 23:00 38 Baxış
IMG

Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes həbs edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.

 

33 yaşlı vingerin vəkili həbs xəbərini təsdiqləyib. O, ötən gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində saxlanılıb.

 

Oyunçu əmisi oğluna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilinib. Promesi hər iki cinayətinə görə ümumilikdə 7 il 5 ay həbs cəzası gözləyir.

 

Qeyd edək ki, Kvinsi Promes 2018-2019 mövsümündə "Sevilya"da (İspaniya) çıxış edib. 2019-2021-ci illər aralığında "Ayaks"ın (Niderland) formasını geyinən futbolçu daha sonra ardıcıl 3 il "Spartak"ın (Moskva, Rusiya) şərəfini qoruyub. Promes son olaraq "Dubay Yunayted"in uğurları üçün çalışıb.