Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Şirvanda ölü körpə doğuldu
hadisə

Şirvanda ölü körpə doğuldu

11-06-2025 13:00 44 Baxış
IMG

İyunun 10-da saat 22:07 radələrində Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü qadın uşaqsalma sonrası vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Tvit.az"a TƏBİB-dən bildirilib.

İlkin məlumata əsasən, 25-26 həftəlik hamilə qadın xəstəxanaya gedərkən yolda döl itirilməsi (uşaqsalma) hadisəsi baş verib və qanaxma səbəbi ilə Doğum evinə müraciət edib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.