Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanın BMT-dəki təmsilçisi lesotolu həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
siyasət

Azərbaycanın BMT-dəki təmsilçisi lesotolu həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

10-06-2025 22:00 54 Baxış
IMG

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev lesotolu həmkarı Mateta P’Nena ilə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın dünya təşkilatındakı təmsilçisi sosial şəbəkədə yazıb.

 

“Bu gün Lesoto Krallığının BMT yanında daimi nümayəndəsi səfir Zati-aliləri cənab Matete P'Nena ilə nəzakət görüşü keçirmək və qarşılıqlı maraq doğuran məsələlər, habelə ölkələrimiz arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq şərəfinə nail oldum”, – o qeyd edib.


Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomat zimbabveli həmkarı Taonqa Muşayavanhu ilə əməkdaşlığın gücləndirilməsini müzakirə etmişdi.