Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda quldurluq edənlər saxlanıldı
hadisə

Bakıda quldurluq edənlər saxlanıldı

10-06-2025 16:00 46 Baxış
IMG

Suraxanı rayonu ərazisində iki quldurluq hadisəsi qeydə alınıb.

"Tvit.az" xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşən şəxsin onu kəsici alətlə hədələdiyini və 48 manatını taladığını bildirib. Həmçinin, rayon ərazisində daha bir şəxs mağazalardan birinə daxil olaraq orada çalışan satıcını kəsici alətlə hədələyib və 150 manat pul vəsaitini quldurluq yolu ilə talayıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 26 yaşlı K.Əsgərov və 32 yaşlı E.İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.