Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Veteran cüdoçumuz Avropa çempionu oldu
idman

Veteran cüdoçumuz Avropa çempionu oldu

22-05-2025 23:00 111 Baxış
IMG

Azərbaycan cüdoçusu Fərhad Rəcəbli Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb.

 

Tvit.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası bütün rəqiblərinə qalib gələrək 11-ci dəfə Avropa çempionu titulunu qazanıb.

 

M-8 yaş kateqoriyasında mübarizə aparan F.Rəcəbli finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Təmsilçimiz həmçinin 12 qat dünya çempionudur.

 

Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə birinciliyində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.