Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı, Ağdaş və Ucarın bəzi ərazilərində işıq olmayacaq
sosial

Bakı, Ağdaş və Ucarın bəzi ərazilərində işıq olmayacaq

06-08-2026 08:00 21 Baxış
IMG

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 6-da paytaxtda bir neçə Transformator Məntəqəsində (TM), bəzi regionlarda isə 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 2-ci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

 

Nərimanov rayonu Ziya Bünyadov prospekti və Şahmar Ələkbərov küçəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.

 

Planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Ləki, Güvəkənd, Əmirarx kəndlərini əhatə edəcək. Ucar rayonunun Təzə Şilyan kəndində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

 

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.