Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Mənzil almaq adı ilə evə girdi, 5 minlik qızıl oğurladı
hadisə

Mənzil almaq adı ilə evə girdi, 5 minlik qızıl oğurladı

05-08-2026 17:00 22 Baxış
IMG

Abşeronda özünü mənzil alan müştəri kimi təqdim edərək evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.