Bakıda fəhlə iş yerində ölüb.
Tvit.az-ın məlumatına görə, hadisə avqustun 3-ü saat 12 radələrində Bakının Yasamal rayonunda baş verib.
Füzuli rayon sakini 1991-ci il təvəllüdlü Rəhman Nizami oğlu Hüseynli həmin ərazidə fəhlə işlədiyi vaxt qəfil özünü pis hiss edib. O, hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, R.Hüseynli ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırmalar aparılır.