Nəhəng bir asteroid 2029-cu ilin aprel ayında Yer kürəsinə çox yaxın məsafədən keçəcək.
Tvit.az xəbər verir ki, bu barədə “Planetary Science Journal” nəşrində dərc olunan araşdırmada deyilir.
2029-cu ilin aprel ayında Yer kürəsinin təxminən 32.000 kilometr yaxınlığından keçəcəyi gözlənilən 99942 Apophis asteroidinin süni kosmik zibillərlə toqquşma riski ilə üzləşdiyi bildirilir.
Astronomlar asteroidin Yer kürəsinə heç bir təhlükə yaratmadığını açıq şəkildə vurğulayıblar.
Elmin Alışov