Bu ilin iyul ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 78 aptekdə yoxlama aparılıb.
Tvit.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və biri yoxlamadankənar olub.
Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.