Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
siyasət

San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib

29-05-2026 17:00 40 Baxış
IMG

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tvit.az-ın məlumatına görə, mətndə deyilir:


"Zati-aliləri.

 

Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

 

Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".