Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qızıl top" mükafatının təqdimetmə mərasimi ilk dəfə Londonda keçiriləcək
idman

"Qızıl top" mükafatının təqdimetmə mərasimi ilk dəfə Londonda keçiriləcək

29-05-2026 09:00 62 Baxış
IMG

2026-cı ildə planetin ən yaxşı futbolçusuna verilən illik "Qızıl top" mükafatının təntənəli təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

70-ci "Qızıl top" təqdimetmə mərasimi bu nüfuzlu mükafatın ilk sahibi, 1956-cı ildə laureat olmuş ingiltərəli futbolçu Stenli Metyuzun şərəfinə ilk dəfə olaraq Britaniya paytaxtında təşkil olunacaq.

 

Xatırladaq ki, 2025-ci ildə "Qızıl top" mükafatını PSJ komandasının və Fransa millisinin hücumçusu Usman Dembele qazanıb.